...

Amerika bankı 2009-cu ildə qazın qiyməti üzrə proqnozlarını azaldıb

Energetika Materials 24 Yanvar 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir A.Bədəlova/ Amerikanın dünyada iri banklardan biri olan JPMorgan bankının proqnozlarına görə, 2009-cu ildə qazın orta qiyməti bankın əvvəllər proqnozlaşdırdığı 216,6 dollara nisbətdə min kubmetr üçün 205,4 dollar təşkil edəcək.

"Biz dünya iqtisadiyyatının zəiflədiyi bir şəraitdə 2009-cu ildə qazın qiyməti üzrə proqnozlarımızı yenidən azaltdıq, 2010-cu il üzrə proqnozlar isə bizim iqtisadiyyatın bərpa olunması bardə ehtimallarımızı qismən əks etdirir", - deyə Trend -a  JPMorgan-dan bildiriblər. 

Bu il qazın maksimal qiyməti dördüncü rübdə - min kubmetrə görə 234,65 dollar, minimal qiyməti isə birinci rübdə - 180,5 dollar səviyyəsində müşahidə olunacaq.

2010-cu ildə qazın orta qiyməti bank analitiklərinin proqnozlarına görə, min kubmetr üçün 239,343 dollar təşkil edəcək. Gələn ilin sonuncu rübündə qazın qiyməti min kubmetrə görə 261,725 dollara bərabər olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti