...

2008-ci ildə Bakı – Tbilisi – Ceyhan neft kəmərinin Türkiyə hissəsindəki partlayış Azərbaycanın Dövlət Neft Fondunun gəlirlərini azaldıb

Energetika Materials 28 Yanvar 2009 23:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend müxbir E.İsmayılov/

2008-ci ilin avqustunda Bakı - Tbilisi - Ceyhan neft kəmərinin Türkiyə hissəsində baş verən yanğın olmasaydı, Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 130 faiz icra edilə bilərdi, - deyə ARDNF-ın rəhbəri Şahmar Mövsümov çərşənbə günü bildirib. Yanğından sonra təxminən 1 ay ərzində boru kəməri ilə neft nəql edilməyib.

"Demək olar ki 1 ay bu boru kəməri dayandı. Bu isə fondun almadığı və o dövrün qiymətləri ilə haradasa bir milyard dollara bərabər vəsaitdir. İlin yekunları üzrə fondun gəlirləri proqnozu 17 faiz ötüb. Lakin BTC dayanmasaydı gəlirlər daha 13 faiz artırıla bilərdi", - deyə Mövsümov bildirib.

Avqustun 5-də axşam saatlarında BTC neft kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində partlayış baş verib və nəticədə 30 saylı nasosda yanğın başlayıb. Sonradan yanğın söndürülüb, hissə təmir olunub və neftin nəqli bərpa edilib.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin çəkilməsi 2003-cü ilin aprelində, neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasыna чəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin юdənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləьi 2,6 mlrd. dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz ).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti