...

Azərbaycanın Tarif Şurası yanacaq tariflərinin dəyişdirilməsi ilə bağlı məsələni nəzərdən keçirmir

Energetika Materials 4 Fevral 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevralı/ Trend / Azərbaycanın Tarif Şurası (TŞ) son zamanlar mətbuatda yanacaq qiymətlərində dəyişikliklərlə bağlı yayılan şayiəları təkzib edib. Bu barədə TŞ-nin çərşənbə günü yaydığı məlmatda bildirilir.

TŞ hesab edir ki, şayiələr əsassızdır, belə ki, Şuraya müvafiq qurumlardan yanacaq qiymətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciət daxil olmayıb.

"Bu məsələnin müzakirəsi Tarif Şurasının müzakirə gündəliyinə daxil deyil", - məlumatda bildirilir. Məlumatda həmçinin qeyd olunub ki, "bu kimi əsassız informasiyalar süni ajiotaj yaradır.

Tarif Şurası sonuncu dəfə enerji daşıyıcıları tariflərini 2007-ci il yanvarın 8-də qaldırıb. A-95 markalı avtomobil benzininin qiyməti 60, A-80 və A-55 markalı benzinin qiyməti isə 45 qəpiyə qədər qaldırılıb. 1 kv/ saat elektrik enerjisinin qiyməti isə 6 qəpik olub.

Fevralın 4-nə olan rəsmi məzənnə 0,8071 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti