...

Dünya maliyyə böhranı iri beynəlxalq layihələrə təsir göstərmir – SOCAR rəhbəri

Energetika Materials 23 Fevral 2009 11:23 (UTC +04:00)
Dünya maliyyə böhranı iri beynəlxalq layihələrə təsir göstərmir – SOCAR rəhbəri

Azərbaycan, Bakı, 23 fevral/ Trend , müxbir S.Əliyev/ Dünya maliyyə böhranı SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən reallaşdırılan iri beynəlxalq layihələrin gedişatında öz əksini tapmayıb. Bu barədə bazar günü şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

"[Maliyyə böhranı] iri beynəlxalq layihələrdə, xüsusilə də Türkiyədə uğurla reallaşdırılan Petkim neft-kimya kompleksi layihəsində öz əksini tapmayıb", - deyə Abdullayev bildirib.

Lakin SOCAR rəhbəri Azərbaycan şirkətinin bəzi daxili layihələrinin maliyyə böhranı səbəbindən reallaşdırılma vaxtının dəyişdirilməsi və ləngiməsi hallarının yarana bilmə ehtimalını istisna etməyib.

"Bu xüsusilə SOCAR-ın ekoloji layihələrinə aiddir", - deyə Abdullayev bildirib.

SOCAR Azərbaycan ərazisində bir sıra infrastruktur və sosial layihələr reallaşdırır. Onların sırasında şəxsi qaz hasilatının artırılması, neft hasilatının sabit səviyyəsinin dəstəklənməsi, perspektivli strukturlarda (xüsusi ilə "Ümid") kəşfiyyat qazmaları, bölgələrdə sağlamlıq mərkəzlərinin yaradılması və s. var.

Şirkət Azərbaycan hüdudlarından kənarda Türkiyənin Petkim neft-kimya holdinqində iştirak edir, bu holdinqin xammal ilə təmin edilməsi üçün neft emalı müəssisəsinin tikintisini həyata keçirmək niyyətindədir, Gürcüstanın Qara dəniz limanında Kulevi limanına, həmçinin Gürcüstanda YDS şəbəkəsinə sahibdir, bu ölkədə qazpaylayıcı şəbəkəni idarə edir.

Şirkət Türkiyənin tikinti holdinqi Tekfen-də və Avropada neft emalı zavodunda iştirak payının əldə edilmə mümkünlüyünü də nəzərdən keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti