...

Azərbaycanın bölgəsinə qaz və elektrik enerjisi verilişi dayandırılıb

Energetika Materials 28 Fevral 2009 13:58 (UTC +04:00)

Azərbaycan, Şəki, 28 fevral / Trend , müxbir X.Əkbərova / Şənbə günü səhər Cəfərabad-Şəki magistral qaz kəmərində dəliyin açılması nəticəsində Azərbaycanın Şəki rayonuna (şimal-qərbbölgəsi) yanacaq verilişi dayandırılıb. Bu barədə Trend -ın Şəkidəki xüsusi müxbiri xəbər verir.

"Hadsə diametri 530 millimetr olan qaz kəmərinin üçüncü kilometrliyində baş verib", - deyə Şəkinin qazpaylayıcı stansiyasının rəhbəri Adil Mustafayev bildirib.

Hazırda qaz kəmərinin qəza baş verən hissəsində briqada çalışır və günün sonunadək Şəkiyə qaz verilişi bərpa olunacaq.

Şəki regional paylayıcı şəbəkənin rəhbəri Eldəniz Hacıyev bildirib ki, 110 kilovoltluq elektrik xəttində şənbə günü baş verən qəza nəticəsində isə Şəki, Qax və Zaqatala rayonlarına elektrik enerjisi verilişi qismən dayandırılıb.

Onun sözlərinə görə, qəza yerində briqada işləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti