...

Azərbaycanın SOCAR şirkətinə məxsus neft məhsullarını oğurladıqları üçün altı Gürcüstan vətəndaşı saxlanılıb

Energetika Materials 5 Mart 2009 17:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N.Kirtsxaliya /

Trend -a Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın SOCAR şirkətinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus neft məhsullarını oğurladıqları üçün altı Gürcüstan vətəndaşı polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslərin ikisi SOCAR Georgia şirkətinin əməkdaşlarıdır.

İstintaq zamanı saxlanılan şəxslərin neft məhsullarını bir müddətlik Poti limanı yaxınlığındakı Çaladidi stansiyasında dayanmış sisternlərdən oğurladıqları aşkar olunub. Saxlanılan şəxslərdən oğurladıqları neft məhsullarını saxlamaq üçün 20 ton həcmi olan sistern aşkarlanaraq müsadirə edilib.  

Soyğunçular əsasən neft və dizel yanacaqları oğurlayırmışlar. Polis soyğunçuları SOCAR qatarlarından öz sisternlərinə 10 ton neft doldurarkən yaxalayıb.

Fakt üzrə istintaq davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti