...

Azərbaycanda daha bir yeraltı qaz anbarının yaradılması vacibdir – SOCAR-ın birinci vitse-prezidenti

Energetika Materials 10 Mart 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

Qaz hasilatının artırılması perspektivi nöqteyi nəzərindən Xəzər dənizinin Azərbaycan sektorunda"Bahar" dəniz qaz yatağının bazasında yeni qaz anbarının yaradılması vacibdir, - SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd edib.

"Bahar" böyük imkanlara malikdir, çünki bu yataqdakı layların sayı həddindən artıq çoxdur, - deyə Yusifzadə bildirib. Bu yataqdan 150 milyard kubmetr qaz hasil edilib.

Onun sözlərinə görə, bu yataqda qaz anbarının yaradılmasında əsas çətinlik onun dənizdə yerləşməsidir. "Səmərəli sahələrdə çətinliklər olur", - deyə Yusifzadə əlavə edib.

"Bahar" yatağının işlənməsi ilə SOCAR müstəqil şəkildə məşğul olur. Bu yatağın ehtiyatları əhəmiyyətli dərəcədə hasil olunub.

"Bahar" nadir yataqdır. Keçən əsrin 80-ci illərində yataqdan respublikanın 30-40 faiz tələbatını ödəyən 16-17 milyon kubmetr təbii qaz hasil edilib.

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı - "Qaradağ" və "Kalmaz" qaz anbarları istismardadır.

Hazırda "Qaradağ" yeraltı qaz anbarının fəal gücü 500 milyon kubmetr qaz təşkil edir. 2010-cu ilin martına kimi SOCAR "Qaradağ" yeraltı qaz anbarının həcminin 1,4 milyard kubmetrə kimi genişləndirilməsinin ilk mərhələsini tamamlayacaq. "Kalmaz" qaz anbarının fəal gücü 1,1 milyard kubmetr təşkil edir.

Azərbaycanda qaz anbarları "mavi yanacağın" artıq qalan hissəsinin yay dövründən qışa kimi saxlanılması məqsədi ilə tikilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti