...

Gürcüstan günün sonunadək Sxinvaliyə qaz tədarükünü bərpa edəcək

Energetika Materials 11 Mart 2009 11:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxalia /

Sxinvalinin qaz ilə təminatı günün sonunadək bərpa olunacaq. Bu barədə jurnalistlərə "İtera-Qruziya"nın baş direktoru David Beradze bildirib.

"Biz Sxinvalini qabaqcadan xəbərdar etmişdik və onlar bilirdilər ki, təmir-bərpa işlərindən sonra qaz verilişi bərpa olunacaq", - deyə Beradze bildirib.  

Onun sözlərinə görə, qaz verilişinin dayandırılmasına səbəb qaz kəmərində aparılan təmir işləridir.

"İtera-Qruziya" Rusiyadan aldığı qazı tranzit yolu ilə Cənubi Osetiyaya tədarük edir. Sxinvali artıq iki gündür qaz verilişinin dayandırıldığını bildirir. Təmir işləri qaz kəmərinin Saqoraşeni kəndində korroziyadan zərər çəkən hissəsində aparılıb. Beradze bildirib ki, təmir işləri aparılmasaydı qəza daha ciddi mahiyyət alardı.    

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti