...

"Xəzər energetika habı" layihəsi üzrə TİƏ Qazaxıstanda aprel ayında tamamlanacaq

Energetika Materials 12 Mart 2009 15:00 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 mart / Trend , müxbir K.Arınova /

"Xəzər energetika habı" layihəsinin texniki iqtisadi əsaslandırılması aprel ayında tamamlanacaq, bu barədə bu gün Astanada Manqistau vilayətinin akimi Krımbek Kuşerbaev bildirib.   

Aktau yaxınlığında Xəzər dənizi sahili boyunca Xəzərin energetika habı ərazisində texniki infrastrukturun tikintisi aprel ayında tamamlanacaq", - Qazaxıstan prezidentinin layihə iştirakçıları ilə görüşündən sonra Kuşarbaev bildirib.

Manqistau vilayəti akimasının məlumatına əsasən, növbəti mərhələ sentyabrda başlanılacaq xarici texniki infrastruktuun tikintisi ilə bağlı olacaq.

Onun sözlərinə görə, tikintiyə 375 milyon dollar sərf ediləcək. Layihədə "Samruk-Kazına" Milli Rifah Fondu və "Manqistau" investisiya şirkəti iştirak edəcək. Layihə yeddi-səkkiz ildən sonra təhvil veriləcək

Əvvəlcədən məlumat verildiyi kimi, "Xəzərin energetika habı" servis-texnoloji xidmətlərin göstərilməsi və neft əməliyyatlarının keçirilməsi üçün kadr hazırlığı məqsədilə yaradılır. "Hab" ərazisində servis və neft-qaz şirkətləri üçün istehsalat infrastrukturlarının, beynəlxalq səviyyədə texniki universitet və xüsusi laboratoriyaların yaradılması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti