...

Azərbaycan Rusiya tranzit qazının İrana tədarükünü infrastruktur yenidən qurulduqdan sonra həyata keçirə bilər - SOCAR şirkətinin prezidenti

Energetika Materials 17 Mart 2009 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan ərazisindən kommersiya qazının İrana tədarükü yalnız bu istiqamətdə gedən boru kəmərindəki təmir işlərindən və mövcud kompressor stansiyalarının genişləndirilməsindən sonra mümkün ola bilər", - çərşənbə axşamı SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"İran həmişəki kimi bu ölkənin şimal rayonlarına dünya qiymətləri ilə qaz tədarükünün artırılması xahişi ilə müraciət edib. Biz hazırda bu məsələni nəzərdən keçirir və tədqiq edirik. Ancaq bunun üçün Astaraya qədər gedən boru kəmərlərində təmir aparılmalı və kompressor stansiyalarının genişləndirilməsi üzrə işlər görülməlidir. Hazırkı durum İrana yalnız Naxçıvan Muxtar Respublikası (NMR) üçün qaz tədarükü etmək imkanı verir", - Abdullayev deyib.

Hazırda Azərbaycan svop müqavilələr üzrə İrana qaz tədarük edir ki, bu qaz sonradan Azərbaycanın blokadada olan Muxtar Respublikasına - Naxçıvana ötürülür.

Abdullayevin sözlərinə görə, hazırda İrandan Naxçıvana sutkada 1 milyon kubmetr qaz tədarük olunur.

Onun sözlərinə görə, İrana hazırda böyük həcmdə qaz lazımdır və bu səbəbdən Rusiya qaz inhisarçısı "Qazprom" İranın şimal rayonlarına svop tədarükləri təklifi ilə çıxış edib. "Bu məsələ "Qazprom"la müzakirə edilib və bu, mümkün kommersiya məsələsidir. Biz tranzit ölkə kimi, İranın şimal rayonlarına qaz tədarük edə bilərik", - Abdullayev bildirib.

Amma "Qazprom" qarşısında İrana qaz tədarükü zamanı qazın Ermənistana yenidən ixrac olunmaması barədə şərt qoyulub. "Bu məsələ üzrə bizim tərəfimizdən ciddi monitorinq aparılacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün müvafiq tranzit müqaviləsi lazımdır.

Bu həftə Rusiyanın enerji naziri Sergey Şmatko və İranın neft naziri Golyamhosseyn Nozari "Qazprom" tərəfindən İranın şimalına svop qaz tədarüklərinin əvəzində İranın cənubundan İran körfəzi ölkələrinə karbohidrogenlərin tədarükünün həyata keçirilməsini nəzərdə tutan neft-qaz sahəsində qarşılıqlı anlaşma haqda memorandum imzalayıb.

Şmatkonun sözlərinə görə, "Qazprom" bir müddət əvvəl Rusiya tərəfindən alınmış türkmən qazını İranın şimalına, İranın cənubundan İran körfəzi ölkələrinə karbohidrogenlərin tədarükü əvəzində tədarük edəcək. Hazırda bu əməkdaşlığın həyata keçirilməsinin müxtəlif yolları müzakirə edilir: o cümlədən "Qazprom" türkmən qazı əvəzinə İranın cənubundan neft, kondensat, təbii maye qaz və başqa növ yanacaqlar ala bilər.

Rusiya qaz inhisarçılığının departament rəisi Stanislav Sıqankov qeyd edib ki, "İranın şimalında enerji resurslarının ciddi çatışmazlığı müşahidə olunur və ölkənin cənubundan karbohidrogen tədarükü üçün nəqliyyat infrastrukturu yoxdur".

Sıqankovun sözlərinə görə, İranın şimalına qaz tədarükünün təşkilinin müxtəlif variantları mövcuddur: "Türkmən qaz kəməri və Azərbaycanda istismar edilməyən, amma tədarük məqsədilə mümkün olan qaz kəməri var. Biz ölkənin cənubundan müvafiq tədarüklərin əvəzində karbohidrogenlərin tədarükünü təmin etməyə hazırıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti