...

ABŞ İranın "Nabukko" boru kəməri ilə qaz ixrac etməyə hazır olmasına dair bəyanatını əhəmiyyətsiz hesab edir

Energetika Materials 30 Mart 2009 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E. Tariverdiyeva /

Tehranın "Nabukko" boru kəməri ilə öz təbii qazını tədarük etməyə hazır olmasına dair bəyanatı  "boşdur", ABŞ-ın Dövlət katibi köməkçisinin müavini Metyu Brayza hesab edir. Onun fikrincə, İran kifayət qədər qaz ehtiyatına malik deyil.

"Onların [İranın] qaz ehtiyatı var, lakin bu ehtiyatlar istifadə üçün imkansızdır", - deyə Bakıda Trend -a Brayza bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Brayza bildirib ki, ABŞ İranın "Nabukko" layihəsində iştirakının əleyhinədir.

Avropa İttifaqı isə, bununla belə, "Nabukko" qaz kəmərinin doldurulması üçün İran qazından istifadə imkanlarını istisna etmir. "İranın təsdiq olunan qaz ehtiyatlarına görə dünyada ikinci olması səbəbindən bu mümkünlüyü istisna etmirik", - deyə əvvəllər Avropa Komissiyasının energetika məsələləri üzrə rəsmi nümayəndəsi Ferrana Tarradelyas Espuni "Kommersant" qəzetinə müsahibəsində bildirib.

Brayza "Nabukko" qaz kəmərinin Avropa İttifaqı üçün prioritet olduğunu bildirib və qeyd edib ki, ABŞ Aİ-nin Avropaya qaz tədarükü yollarının şaxələndirilməsi istəyini dəstəkləyir.

"ABŞ Aİ-ni dəstəkləyir və müttəfiqlərimiz ilə "Nabukko" layihəsinin uğurla reallaşdırılması üçün diplomatik səylər tətbiq edir", - deyə Brayza vurğulayıb. 

Lakin amerikalı diplomatın sözlərinə görə, ABŞ təkcə "Nabukko" layihəsini deyil, həm də Türkiyə, Yunanıstan və İtaliya ərazisindən keçən "Poseydon" qaz kəmərini dəstəkləyir.

Brayza bildirib ki, ABŞ Azərbaycanın bu layihədə iştirakla bağlı verdiyi qərarı da dəstəkləyir.

"Azərbaycan "Poseydon"da da iştirak edərsə, biz bu qərarı dəstəkləyərik. Biz suveren dövlətin qərarına hörmətlə yanaşırıq", - deyə Brayza bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]    

Xəbər lenti

Xəbər lenti