...

Azərbaycanın neft ixracı təxminən 1,5 dəfə artıb – AMB

Energetika Materials 1 Aprel 2009 15:32 (UTC +04:00)

Azərbaycn, Bakı, 01 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Milli Bankı (AMB) tərəfindən açıqlanmış ödəniş balansında deyilir ki, 2008-ci ildə Azərbaycandan 28,5 milyard dollar həcmində neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracatın 93,1 faizini təşkil edir. Hesabatda neft məhsulullarının dominant vəziyyəti qoruduğu bildirilir. 2007-ci illə müqayisədə neft məhsulları ixracı 1,4 dəfə artıb.

İxrac olunan neft məhsullarının ümumi həcmindən neft emalı məhsullarının payına 2,2 milyard dollar, xam neftin payına isə 24,2 milyard dollar düşüb. Bununla belə 24,2 milyard dollar Azərbaycan Beynəlxalq Əməlyyat Şirkətinin (ABƏŞ) hasil etdiyi xam neftin payına düşür. Bu məbləğdən 14,7 milyard dollar mənfəət olaraq Azərbaycanın payına, 9,5 milyard isə ölkənin neft-qaz sektoruna yatırdıqları sərmayə hesabına iri xarici şirkətlərin payına düşür.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ölkənin digər müəssisələri ölkə xaricinə 0,8 milyard dollar dəyərində xam neft çıxarıblar. Xam neftin ümumi ixracından 2,1 milyard dollar digər müəssisələrin payına düşüb. Sözügedən məbləğin 1,3 milyard dollarını "Şah Dəniz" yatağından hasil olunmuş  kondensatlar təşkil edib və 0,8 milyard manat isə ABƏŞ-in üzərinə düşüb.

Diqqət çəkən məqam odur ki, ixracat mallarının neft məhsullarının üzərinə düşən hissəsinin ümumi dəyəri 33,7 faiz artaraq 1443,4 milyard dollar təşkil edib. Bu artım əsasən əlvan və qara metalların və kimyəvi məhsulların hesabına baş verib.

Ümumilikdə ötən il ərzində ixrac 1,4 dəfə artıb (30,6 milyard dollara qədər).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti