...

Yanvar-martda Azərbaycanda neft bitumu istehsalı artıb

Energetika Materials 9 Aprel 2009 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend /

Yanvar-martda Azərbaycanda 2008-ci ilin analoji dövrünün 26,64 min tonuna nisbətdə 39,01 min ton neft bitumu istehsal olunub. Bu barədə SOCAR şirkətindən (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.

Martda SOCAR tərəfindən 13,08 min ton neft bitumu istehsal olunub.

2008-ci ildə ümumilikdə Azərbaycanda 220,37 min ton neft bitumu istehsal olunub. 2007-ci ildə bu göstərici 182,86 min ton təşkil edib.

2006-cı ildə SOCAR tərəfindən bitum istehsalı həcmi 161,94 min ton olub.

Xəbər lenti

Xəbər lenti