...

"Azneftyağ" NEZ-ə məxsus dəmiryolu qatarı avtomobil ilə toqquşmayıb – NEZ nümayəndəsi

Energetika Materials 9 Aprel 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir E.İsmayılov /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxil olan "Azneftyağ" Neft Emalı Zavodu zavoddan gələn sistern qatarı ilə avtomobilin toqquşması barədə informasiyaları tamamilə təkzib edir. Bu barədə cümə axşamı zavodda işlərə yaxın mənbə bildirib.

"Sisternlərin qatara birləşməsində kiçik texniki qüsurlar qeydə alınıb, lakin heç bir toqquşma olmayıb", - deyə mənbə bildirib.

Nöqsan nəticəsində sisternlər hətta qatardan belə ayrılmayıb, qatarın da hərəkəti dayandırılmayıb. "Bu kiçik istehsal qüsurudur - resiver ilə bağlı kiçik problem. İstehsal proseslərində belə şeylər olur", - deyə mənbə bildirib.

Azərbaycanda cəmi iki neft emalı zavodu (NEZ) var. Bunlar "H.Əliyev adına" və "Azneftyağ" NEZ-dir. Birinci NEZ-də əsasən, ağ neft məhsulları, ikincidə isə tünd neft məhsulları istehsal olunur. Hər iki NEZ-in ümumi istehsal gücü ildə 20 mln. ton neftdir. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən 6 mln. ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti