...

İran Küveytə qaz satacaq

Energetika Materials 17 Aprel 2009 13:10 (UTC +04:00)

Küveytin KPC şirkəti ilə bu ölkəyə sutkada 8,5 mln. kubmetr İran qazının ixracı məsələsi müzakirə olunur. Bu bardə İranın Milli Qaz İxracı Şirkətinin direktoru Seyid Rza Kəsayizadə bildirib, MEHR informasiya agentliyi xəbər verib.

"Tehranda İranın Milli Qaz İxracı Şirkəti ilə Küveytin KPC şirkəti arasında müzakirələr aprelin 15-də başlanıb. Müzakirələrdə əsas məsələ İran qazının Küveytə ixracı ilə bağlıdır", - deyə Kəsayizadə bildirib.

Onun sözlərinə görə, Küveytin KPC şirkəti sutkada 8,5 mln. kubmetr qaz almaq üçün İrana müraciət edib. "Razılaşma əldə olunarsa, o zaman qaz Küveytə tikiləcək yeni qaz kəməri ilə ixrac olunacaq", - deyə Kəsayizadə bildirib.

O qeyd edib ki, boru kəmərinin uzunluğu 320 km təşkil edəcək. Onun 260 km.-i Fars Körfəzindən keçəcək. Kəsayizadənin sözlərinə görə, boru kəmərinin çəkilməsi üçün İran-Küveyt birgə şirkəti yaradılıb.

Xəbər lenti

Xəbər lenti