...

Latviya Avropaya enerji tədarüklərinin şaxələndirilməsinə imkan yaradan layihələri dəstəkləyir - nazir

Energetika Materials 17 Aprel 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Latviya Avropaya enerji tədarüklərinin şaxələndirilməsinə imkan yaradan "Nabukko" qaz kəməri və Odessa-Brodı neft kəməri kimi layihələri dəstəkləyir. Bu barədə cümə günü Latviyanın xarici işlər naziri Maris Riekstinş bildirib.

"Biz Avropa ölkələrinə enerji daşıyıcılarının tədarük imkanlarının genişləndirilməsinə yardım edən bütün ideyalara müsbət baxırıq", - deyə Riekstinş bildirib.

Nazirin sözlərinə görə, Avropa İttifaqının enerji siyasəti bir neçə istiqamətə malikdir: resurs əldə etmək və tədarükləri şaxələndirməyə imkan yaradan yeni texnologiyalar, yeni mənbələr üzərində iş.

Riekstinşın sözlərinə görə, Latviya dar maraqlar çərçivəsində olan tədarük imkanlarından istifadə etməyəcək. "Lakin Avropa kontekstində biz bu layihələrə müsbət baxırıq", - deyə o bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Odessa-Brodı neft nəqli layihəsi Ukrayna NEZ-nə neft tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatdırılıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1020 mm-dir. Neft kəməri və terminalın birinci növbədə gücü ildə 9-14 mln. ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti