...

Azərbaycanda enerji sisteminin gücü ilin sonunadək 20 faiz artacaq

Energetika Materials 17 Aprel 2009 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir E.İsmayılov /

İlin sonunadək "Azərenerji" SC (ölkənin ən iri enerji istehsalçısı) Azərbaycanın enerji siteminin gücünü hazırkı 5 min meqavatdan 6 min meqavata qədər artırmaq istəyir. Bu barədə cümə günü SC-nin rəhbəri Etibar Pirverdiyev deyib.

Enerji sisteminin gücünün artırılması Sumqayıt, Quba və "Cənub" elektrostansiyalarının istifadəyə verilməsi hesabına planlaşdırılır.

Pirverdiyevin sözlərinə əsasən, "Azərenerji" elektrik xətlərinin çəkilməsi istiqamətində işlər aparır və əsasən də əlavə yüksəkvoltlu xətlərin çəkilməsi istiqamətində. "Goranboy-İmişli elektrik ötürücüsü xətti üzrə işlərə start verilib", - Pirverdiyev qeyd edib.

İstifadə olunmuş enerji haqqlarının yığımıın artırılması məqsədi ilə Gəncədə smart tipli sayğacların quraşdırılması demək olar ki, başa çatıb. Sözügedən proses Mingəçevirdə də başa çatmaq üzrədir. Hazırda yeni tipli sayğacların quraşdırılması istiqamətində Şirvan, Sabirabad, Hacıqabul, Yevlax və Şəmkirdə işlər aparılır. "Smart tipli sayğacların quraşdırılması müsbət nəticələr verir. Çünki onların quraşdırıldığı yerlərdə yığım 100 faiz təşkil edir", - Pirverdiyev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

 

Xəbər lenti

Xəbər lenti