...

Martda Qazaxıstan neftinin BTC ilə nəqli davam etdirilib

Energetika Materials 23 Aprel 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend /

"Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (ВТС) neft kəməri ilə "Tengiz" yatağından 454,1 min ton qazax nefti nəql olunub", - ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib. Martda ВТС ilə təxminən 153 min ton tengiz nefti nəql olunub.

2008-ci ildə (oktyabr-dekabr) ВТС ilə 285,1 min ton qazax nefti nəql olunub.

Ötən ilin oktyabrında Amerikanın ChevronTexaco şirkəti Tengiz neftinin ВТС ilə nəqlinə başlayıb. Razılaşmanın şərtlərinə görə, tengiz nefti ВТС və dəmiryolu ilə Gürcüstan limanlarına (Kulevi və Batumi) qədər nəql olunacaq. Nəql olunan neftin həcminin ildə dörd milyon tona qədər artırılacağı gözlənilir.

ChevronTexaco "Tengiz" yatağının operatorudur. Müqavilə meydançasının işlənməsi ilə "Tengiz Şevroyl" operator şirkəti məşğul olur.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Gürcüstanın Kulevi Qara dəniz terminalının sahibi SOCAR, Batumidəkinin isə "Kazmunayqaz"dır.

Xəbər lenti

Xəbər lenti