...

Yanvar-apreldə SOCAR Gürcüstana 450 min kubmetrdən çox qaz tədarük edib

Energetika Materials 18 May 2009 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) yanvar-apreldə Gürcüstana 458 mln. kubmetr qaz ixrac edib. Bu barədə şirkətin məlumatında bildirilir.

Apreldə SOCAR Gürcüstana təqribən 85,4 mln. kubmetr qaz ixrac edib. Bu göstərici ötən ilin aprelində 12,32 mln. kubmetrə bərabər olub.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlanıb.

Ötən il ümumilikdə Gürcüstana təqribən 788,93 mln. kubmetr yanacaq tədarük olunub.

Gürcüstana sutkada təqribən beş mln. kumetr qaz tədarük olunur. SOCAR yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

Ötən ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında 2009-cu ildən başlayaraq növbəti beş il ərzində Gürcüstanın qaz bazarında SOCAR-ın fəaliyyətinin fəallaşdırılmasına imkan yaradan saziş imzalanıb. Memoranduma əsasən, SOCAR layihəni reallaşdırmaq üçün törəmə müəssisə yaradıb və o, Gürcüstan hökuməti tərəfindən müəyyən olunan qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edəcək.

Xəbər lenti

Xəbər lenti