Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.İsmayılov /
SOCAR Fransanın Total şirkəti ilə birlikdə "Abşeron" perspektiv strukturunda kəşfiyyat quyusunun qazılma nöqtəsini müəyyənləşdirib. Qazmanın dərinliyi dəqiq müəyyən edilməyib, ancaq onun 6,5 min metri keçəcəyi məlumdur", - cümə axşamı SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
"Qazma işləri ilin sonunda başlayacaq. Sabah parlament bu müqaviləni qəbul etməlidir", - Yusifzadə bildirib.
Fevralın 27-də SOCAR və Total arasında "Abşeron" perspektiv dəniz blokunun kəşfiyyatı və işlənməsi barədə müqavilə imzalanıb. Üç il ərzində onun üzərində 100 milyon dollar qiymətə malik bir kəşfiyyat quyusu qazılacaq. Sonrakı üç il ərzində isə daha iki quyunun qazılması planlaşdırılır.
SOCAR bu layihədə 40 faiz pay iştirakı əldə edib. Total-ın payı 60 faizdir. Kəşfiyyat dövründə SOCAR-ın payını Total maliyyələşdirəcək. Sonradan Total-ın payının bir hissəsinin digər fransız şirkəti Gaz de France SUEZ-ə satılması mümkündür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]