...

Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirlikləri Krallığının energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Energetika Materials 26 May 2009 20:19

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Krallığının energetika naziri Məhəmməd Dhaen əl-Hamilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, çərşənbə axşamı məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan BƏƏ-nin energetika naziri bu səfərində əsas məqsədin iki ölkə arasında energetika sahəsində həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu bildirib. O bildirib ki, neft hasilatı və neft sənayesi sahəsində böyük tarixə malik olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində gələcək əməkdaşlıq üçün yaxşı potensial var.

Prezident İlham Əliyev nəhəng energetika layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycanın beynəlxalq energetika sahəsində əlaqələrini gündən-günə genişləndirdiyini bildirib. Dövləti başçısı Birləşmiş Ərəb Əmirliklərinin energetika nazirinin bu səfərinin də iki ölkə arasında energetika sahəsində əməkdaşlığı genişləndirmək baxımından faydalı olacağına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti