...

Azərbaycan qısa müddətdə enerji ixracatçısına çevrilib - nazir

Energetika Materials 29 May 2009 11:13 (UTC +04:00)
Фото Натик Алиев
Azərbaycan qısa müddətdə enerji ixracatçısına çevrilib - nazir

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan qısa müddətdə öz enerji təhlükəsizliyini təmin edib və enerji idxalçısından ixracatçısına çevrilib. Naxçıvanın enerji sisteminin təkmilləşdirilməsi onu elektrik enerjisi ilə təmin etmək, həmçinin Türkiyəyə enerji ixraç etmək imkanı verdi", - cümə günü Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyev deyib.

"Şimal-Cənub elektrik enerjisi layihəsinin realizəsi İrana elektrik enerjisi ixracının həcmini artırmaq imkanı verəcək", - nazir bildirib.  

"Bu layihə çərçivəsində Azərbaycan artıq böyük işlər görüb. Məsələn, İmişli - Parsabad (Azərbaycan - İran) yüksəkvoltlu eletrik ötürücü xətti tikilib. Həmçinin transformator stansiyaları tikilib və hesab edirəm ki, yaxın zamanlarda onların hamısı istifadəyə veriləcək", - Əliyev qeyd edib.

"Hazırda Dərbənd-Yaşma (Rusiya - Azərbaycan) eletrik ötürücü xəttinin tikintisi üzrə işlər aparılır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti