...

2015-ci ilə kimi Azərbaycan ildə 60 milyon tona yaxın neft hasil edəcək – SOCAR prezidenti

Energetika Materials 3 İyun 2009 15:32 (UTC +04:00)
2015-ci ilə kimi Azərbaycan ildə 60 milyon tona yaxın neft hasil edəcək – SOCAR prezidenti

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir E.İsmayılov /

Azərbaycan ötən ildə hasil edilən 44,5 milyon tona nisbətdə bu il ərzində 50 milyon ton neft hasil etməyi planlaşdırır. Bu barədə SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev çərşənbə günü bildirib.

"Hazırda Azərbaycan quruda və dənizdə neft hasilatı ilə əlaqədar 16 müqavilə üzrə iş aparır. Azərbaycandakı bütün neft-qaz müqavilələri üzrə investisiyanın həcmi 36 milyard dollar təşkil edib ki, bunun da 21 milyardı "Azəri-Çıraq-Günəşli"nin payına düşür", - deyə Abdullayev bildirib.

1997-2008-ci illər ərzində 166 min metr həcmində 39 quyu qazılıb. Bu isə təsdiqlənmiş neft ehtiyatlarını 2,4 milyard ton artırmağa imkan verir.

SOCAR prezidentinin sözlərinə əsasən, hazırda "Azəri-Çıraq-Günəşli" yatağında 58 quyudan sutkada 120 min ton neft hasil edilir. 1997-2008-ci illər ərzində bu layihə çərçivəsində 150 milyon ton neft və 34 milyard kub metr qaz hasil edilib.

"Azərbaycanda "Şah Dəniz" yatağında  5 istismara verilmiş quyudan kondensatın sutkalıq hasilatı 6 min ton və 22 milyard kubmetr qaz təşkil edir. 2007-ci ildən may ayının 1-nə kimi Bakı-Tbilisi-Ərzurum ixrac kəməri ilə Gürcüstana 700 milyon kubmetr, Türkiyəyə isə 7,5 milyard kubmetrə yaxın qaz ixrac olunub", - SOCAR prezidenti bildirib.

Hazırda eyni zamanda "Azəri-Çıraq-Günəşli" yatağında dərində olan qaz hasilatı çərçivəsində ticarət danışıqları davam etdirilir. Buradakı qaz ehtiyatları 400 milyard kub metr qaz təşkil edir.

"Babək, Əşrəfi, Qarabağ, D-8, D-10 kimi perspektivli strukturlarda kəşfiyyat işləri hesabına 2015-ci ilə kimi Azərbaycanda neft hasilatı ola bilsin ki, 60 milyon tona, qaz hasilatı isə 35-40 milyard kubmetrə kimi artırıla bilər", - deyə Abdullayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti