...

"Nabukko" qaz kəməri layihəsi hələ "bişməyib" - nazir

Energetika Materials 3 İyun 2009 14:32 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsi hələ "bişməyib" - nazir

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir A. Bədəlova /

"Nabukko" qaz layihəsi hələ "bişməyib", bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.  Nazir hesab edir ki, "Nabukko" layihəsinin həyata keçirilməsi istiqamətində hələ heç bir addım atılmayıb.

Onun sözlərinə əsasən, bu layihə ilə bağlı məslələr yalnız konfranslarda və sammitlərdə qaldırılaraq eyni səviyyədə də qalır. Ölkələr və şirkətlər isə yalnız "layihəni dəstəklədiklərini" ifadə etməklə kifayətlənirlər.

Əliyevin dediyinə görə, qaz kəməri üçün qaz tədarükünün mənbəyi ilə bağlı məsələ hələ də aydınlaşdırılmayıb, tədarükçülər ilə isə heç bir müqavilə imzalanmayıb. 

Nazirin sözlərinə əsasən, "Nabukko" - adi layihə deyil, onun həyata keçirilməsi yolunda texniki, siyasi, həmçinin hüquqiq həll olunmayan problemlər durur. 

Nazirin qeyd etdiyi kimi, ilk öncələr layihə bütövlükdə Azərbaycan, həmçinin Xəzər regionu qazının istifadəsini nəzərdə tutmurdu. O, İran və İraq qazına yönəlmişdi. Lakin vəziyyət elə alındı ki, bu mənbələr özlərini doğrulda bilmədilər.

"Lakin hazırda problemlər mövcuddur", - Əliyev hesab edir. Onun sözlərinə əsasən, Xəzər qazını Avropa bazarına çıxarmaq elə də asan deyil.

"Azərbaycan yalnız özünə cavabdehdir və öz qaz resurslarına əsaslanaraq qərar qəbul edir. Lakin biz, məsələn Türkmənistanın əvəzinə danışa bilmərik.", - deyə Əliyev bildirib. 

"2020-ci ilə kimi Xəzər regionu ölkələrinin 300 milyard kubmetr qaz istehal etməsi gözlənilir. Belə ki, heç kəs deyə bilməz ki, bu həcmdə qaz Avropaya göndəriləcək", - o qeyd edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisi 2010-ci ilə nəzərdə tutulub. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Xəbər lenti

Xəbər lenti