...

Rusiyanın təsdiqlənmiş qaz ehtiyatları azalıb – BP

Energetika Materials 11 İyun 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir А.Bədəlova /

BP-nin qiymətləndirməsinə əsasən, Rusiyanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları 20 milyard kubmetr azalaraq 43,3 trilyon kubmetr təşkil edib. 1 yanvar 2008-ci ildə bu rəqəm 43,32 trilyon kubmetr olub.

BP şirkətinin dünya enerjisi üzrə statistik icmalında deyilir ki, Rusiyanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları ümumdünya qaz ehtiyatlarının 23,4 faizini təşkil edir.

BP-nin məlumatına görə, 2008-ci ildə Rusiyada qaz hasilatı 601,7 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 1,4 faiz çoxdur.

BP-nin icmalına əsasən, 2008-ci ildə Rusiyada qaz istehlakı 1,6 faiz azalaraq 420,2 milyard kubmetr təşkil edib.

BP-nin qiymətləndirməsinə əsasən, Rusiyanın 2009-cu il yanvarın 1-nə təsdiqlənmiş neft ehtiyatları 79 milyard barel təşkil edir ki, bu da 2008-ci ilin əvvəlindəki rəqəmdən 1,4 milyard barel azdır. Şirkətinin icmalında deyilir ki, Rusiyanın  2009-cu il yanvarın 1-nə təsdiqlənmiş neft ehtiyatları ümumdünya neft ehtiyatlarının 6,3 faizini təşkil edir.

BP-nin məlumatına görə, 2008-ci ildə Rusiyada neft hasilatı sutkada 9,886 milyon barel təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 0,8 faiz çoxdur.

BP-nin icmalına görə, 2008-ci ildə Rusiyada neft istehlakı 3,1 faiz artaraq sutkada 2,797 milyon barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti