...

Azərbaycan paytaxtında qaz istehlakı sabitləşir

Energetika Materials 19 İyun 2009 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir E.İsmayılov /

"Bakıda qaz istehlakı sabitləşir, hazırda onun orta həcmi sutkada 4,5 milyon kubmetr təşkil edir", - cümə günü "Bakqaz" İstehsalat Birliyində tədarüklərə yaxın mənbə məlumat verib.

"Hazırda şəhərdə qaz istehlakının orta həcmi sutkada 4,5 milyon kubmetr təşkil edir. Şəhərdəki istehlak tədricən sabitləşir", - mənbə bildirib.

Yaz ayları ərzində istehlak hazırkı səviyyəyə qədər tədricən azalıb. Bu, yay fəslinin gəlişi ilə bağlı olub.

Mənbənin sözlərinə görə, yay dövründə şəhərdə sutkalıq qaz istehlakı 3,8 - 4,5 milyon kubmetr arasında dəyişir.

"Yanvar-may aylarında Bakının qaz sisteminə təqribən 1,4 mlrd. kubmetr məişət qazı verilib", - bir müddət əvvəl mənbə deyib.

Mayda paytaxtın qaz sisteminə təxminən 141 milyon kubmetr qaz verilib. Martda bu rəqəm 226 milyon kubmetr olub.

2008-ci ildə İB tərəfindən Bakının qaz sisteminə təqribən 2,45 mlrd. kubmetr qaz verilib.

Ötən il İstehsalat Birliyi şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiq edilməsi əhalinin əksəriyyətində qaz sayğaclarının olmaması ilə bağlı idi, bunun nəticəsində əhali qazdan səmərəsiz istifadə edirdi. Hazırda Bakı qaz şəbəkəsi abunəçilərinin 100 faizini sayğacla təmin edilib. Əvvəlki illərdə İstehsalat Birliyi aprelin ortalarında yay iş rejiminə keçirdi. Bu dövrdə abunəçilərə qaz verilişi qış mövsümü ilə müqayisədə azalırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti