...

SOCAR yeni gəmini istifadəyə verib

Energetika Materials 3 İyul 2009 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.İsmayılov /

SOCAR cümə günü Norveçin Simek zavodunda BUE Caspian alyansı tərəfindən tikilmiş "Caspian Server" təminat gəmisini istismara verib. Gəminin uzunluğu 73,6 metr, eni 15 metrdir. 

Hazırda Xəzər Dəniz Neft Donanması və Böyük Britanıyanın ВUE şirkətinin təşkil etdiyi alyans tərəfindən 14 gəmi istismar edilir. Onlardan üçü SOCAR-ın Xəzər Dəniz Neft Donanmasına məxsusdur. Qalanları yeni gəmilərdir.

2010-cu ilin mayında alyans Bakıya hazırda tikilməkdə olan iki gəmini gətirməyi planlaşdırır.

"BUE Caspian SOCAR alyansı artıq 10 ildir işləyir və Xəzərdə gəmilərdən istifadə üçün servis xidmətləri göstərir. Bu müddət ərzində gəmi alınmasına təxminən 300 milyon dollar xərclənib. Gələcəkdə bu gəmilər Xəzərdə istifadə olunması üçün SOCAR-da qalacaq", - 11 gəminin istismara verilməsi mərasimində iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti