...

Azərbaycanda AİB-in krediti ilə elektrikötürücü xətlərin tikintisinə ilin sonundan gec olmayaraq başlanacaq

Energetika Materials 4 İyul 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir N.İsmayılova /

"Ümumi dəyəri 220 milyon dollar olan, ötən il təsdiq edilmiş layihə çərçivəsində 220 kilovoltluq Mingəçevir-Abşeron elektrikötürücü xətlərinin tikintisinə 2009-cu ilin sonundan gec olmayaraq başlanacaq", - Asiya İnkişaf Bankının (AİB) Bakı nümayəndəliyinin iqtisadçısı Rafael Abbasov deyib. Hazırda layihələndirmə, işləmə, alış, tədarük, montaj və istismaraverilmə üçün baş podratçının müəyyənləşdirilməsi üzrə tender aparılır.

"İştirakçıların sayının çoxluğu səbəbindən AİB tender prosedurunun vaxtını avqusta qədər artırıb, çünki iştirakçı sayına görə bu tender ən fəallardan və enerji sahəsində ən böyük layihələrdəndir. Buan görə də təkliflərin təfərrüatlı işlənməsi lazımdır, ancaq mütəxəssislər çatdırmırlar", - Abbasov bildirib.

Onun sözlərinə görə, 20-dən çox şirkət tenderdə iştirak üçün ərizə verib.

"Tenderin nəticələrinə görə tikinti işlərinə ilin sonundan gec olmayaraq başlanacaq", - o deyib.

Layihə çərçivəsində Mingəçevir hidroelektrik stansiyasından Abşeron yarımstansiyasına qədər ikikonturlu 220 kilovoltluq elektrikötürücü xəttin tikintisi nəzərdə tutulur. Bununla yanaşı, 220/110 kilovoltluq yarımstansiyanın 110 kV-luq elektrikötürücü xəttinə birləşdirilməsi də nəzərdə tutulub. Layihənin realizəsinə AİB-in direktorlar şurası ötən ilin sentyabrında 160 milyon dollar həcmində kreditin ayrılması barədə qərar qəbul edib.

İşlər aşağıdakı komponentləri ehtiva edir:

- Ağdaş yarımstansiyası (220/110 kV);

- 220 kV-luq elektrik ötürücü xətti (257 km);

- Abşeron yarımstansiyasının genişləndirilməsi (500/330/220 kV);

- Demontaj işləri və yerli daşımalar.

A hissəsi:

- Yeni 220 kilovoltluq Ağdaş yarımstansiyasının tikintisi və onun mövcud şəbəkəyə inteqrasiyası;

- Yeni taxma ötürücü xətt ilə əlaqə və 330/220 kilovoltluq;

- Transformatorun genişlənməsi üçün Abşeron yarımstansiyasında 220 kilovoltluq paylayıcı avadanlığın genişləndirilməsi;

- İnteqrasiya və SCADA sisteminə yeni komponentlərin ötürülmə əlaqəsi üçün tədbirlərin görülməsi.

B hissəsi:

- Yeni 220 kilovoltluq, 230 kilometr uzunluqda - Mingəçevir, Ağdaş və Abşeron yarımstansiyaları arasında taxma ötürücü xəttin tikintisi;

- 220 kilovoltluq elektrikötürücü xəttin Qəbələdən Ağdaş şimal yarımstansiyasına qədər inteqrasiyası;

- Abşeron yarımstasiyasının qarşısında 220 kilovoltluq dalan qülləsinin yerinin dəyişdirilməsi.

Layihənin əsas məqsədi - enerjiötürmə sisteminin imkanlarının artırılması, adekvat və etibarlı enerji təminatı vasitəsilə iqtisadi artımda regional balanssızlığın azaldılması, həmçinin enerjiötürmənin imkanlarının genişləndirilməsi və enerji təminatının keyfiyyət və etibarlılığının artırılmasıdır.

Razılaşmaya əsasən, kredit resursları Azərbaycana beş illik güzəşt dövrü ilə 25 il müddətinə libor+0,2 faiz qoyuluşu ilə verilir.

Azərbaycan Höküməti AİB ilə 1999-cu ildən etibarən əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti