...

Azərbaycanda 25 min tondan çox neft koksu istehsal olunub

Energetika Materials 9 İyul 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend /

Bu ilin ilk yarımilində ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxil olan "Heydər Əliyev adına" Bakı neft emalı zavodu (NEZ) (keçmiş "Azneftyanacaq") 25,61 min ton neft koksu istehsal edib. 2008-ci ilin müvafiq dövründə bu göstərici 78 min ton olub. Bu barədə ARDNŞ-dan məlumat verilib.

İyunda ARDNŞ 1,78 min ton neft koksu istehsal edib.

2008-ci ildə Bakı NEZ-i 168,93 min ton neft koksu istehsal edib. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.

2006-cı ildə isə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə müəssisələrdə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır. 

Xəbər lenti

Xəbər lenti