...

Beş Avropa ölkəsi İran qazını almaq niyyətindədir - İranın milli şirkətinin direktoru

Energetika Materials 13 İyul 2009 15:15 (UTC +04:00)

Beş Avropa ölkəsi İran qazını almaq niyyətindədir, deyə İranın Qaz İxracı üzrə milli şirkətinin direktoru Seyid Rza Kesaizadə bildirib, Mehr agentliyi xəbər yayıb.  

Onun sözlərinə əsasən, İran Avropaya qaz ixracı üçün əsas tranzit yolu kimi Fars qaz kəmərini seçib. "İran qazını almaq istəyən ölkələr arasında Bolqarıstan, Türkiyə, İtaliya, Almaniya və Avstriya yer alır", - deyə Kesaizadə bildirib. 

Onun sözlərinə əsasən, qazın dəyəri məsələsi və siyasi məsələlər həll edilməmiş qalmaqdadır.

"Biz ümid edirik ki, aparılan işlər nəticəsində bütün maneələr aradan qaldırılacaq", - deyə Kesaizadə bildirib.

Mehr-in məlumatlarına əsasən, Fars qaz kəmərinin gücü ildə 40 milyard kubmetr qaz təşkil edir. Onun inşası üçün investisiyanın həcmi dörd milyard dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti