...

Xəzərdə İranın ilk qazma platforması "Alborz" istismara verilib

Energetika Materials 23 İyul 2009 14:20 (UTC +04:00)

Xəzərdə İranın ilk qazma platforması "Alborz" istismara verilib. Platformanın açılış mərasimində İran Prezidenti Mahmud Əhmədinejad, neft naziri Qulamhüseyn Nozəri, Milli Neft Şirkətinin direktoru Seyfullah Ceşnsaz və digərləri iştirak edib. Bu məlumat SHANA informasiya agentliyi tərəfindən yayılıb.

İranın "Alborz" platforması "Sedra" şirtkəti tərəfindən Neki (Mazandaran əyaləti) sahillərində inşa edilib. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 6000 metr dərinlikdə quyu qazmaq gücünə malikdir. Platforma dörd dayaq üzərində yerləşir və yarımyükləmə qurğusudur. Platforma İran mühəndisləri tərəfindən hazırlanıb.

Ümumilikdə konstruksiya üç layihə əsasında hazırlanıb. Bu, "Alborz" platformasının inşası, "Kaspian" (yedəkləmə) gəmilərinin hazırlanması və əməliyyatların aparılmasına dəstək qərargahının yaradılmasıdır.  

2001-ci ildə başlayan inşanın ilkin dəyəri 215 milyon dollar və 34 milyard tümən (34 milyon dollar) təşkil edib. İranın "Alborz" platforması və "Kaspian" yedəkləyiciləri DNV şirkətinin yoxlamasından sonra keyfiyyət sertifikatı alıb.

"Ümumilikdə bu platformanın inşasına 500 milyon dollar investisiya qoyulub", - deyə Xəzər Neft Şirkətinin direktoru Məhəmməd Hüseyn Dana bildirib.

Xəbər lenti

Xəbər lenti