...

Azərbaycanda metanol istehsalı üzrə zavodun tikintisi davam etdirilir

Energetika Materials 4 Avqust 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E.İsmayılov /

"Azərbaycanda metanol istehsalı üzrə yeni zavodun tikintisi ilə bağlı işlər 75 faiz yerinə yetirilib", - çərşənbə axşamı, zavodun tikintisi ilə məşğul olan AZMECO şirkətindəki mənbə məlumat verib. Metanol istehsalı üzrə zavod, həm də azot gübrələri istehsal olunacaq kompleksə daxildir.

"Zavodun tikintisi çərçivəsində işlər hələ də davam etdirilir, gecikmələr yoxdur. Artıq işlərin 75 faizi yerinə yetirilib", - mənbə deyib.

Onun sözlərinə görə, yeni zavodu gələn ilin üçüncü rübündə istifadəyə vermək planlaşdırılır. Tikinti işlərinə hələ 2007-ci ildə başlanılıb. Yeni zavod Qaradağ rayonunda yerləşəcək.

Bir müddət əvvəl şirkətin idarə heyətinin sədri Nizami Piriyev deyib ki, birinci mərhələ çərçivəsində zavodun metanol istehsalı gücü ildə 720 min ton təşkil edəcək. Ümumi kompleksin tikintisinin ikinci mərhələsinin isə 2011-ci ildə başa çatması planlaşdırılır.

Mənbənin sözlərinə görə, hazırda ikinci mərhələ çərçivəsində layihələndirmə işləri aparılır.

Hər iki mərhələnin realizəsi layihəsinə qoyulan sərmayələrin həcmi 800 milyon dollara yaxındır.

"Zavodda istehsal olunan metanolla daxili bazar təmin olunacaq, qalan hissəsi isə ixrac ediləcək. Marketinq tədqiqatları aparan xarici şirkətlər metanolun realizəsi və istehlakı üzrə yaxşı qiymət veriblər. Hazırda daxili bazarda metanola tələbat ildə 30 min ton təşkil edir. Metanol Avropa ölkələrinə, əsasən də şərqi və qərbi Avropaya ixrac ediləcək. Yanacaqda metanoldan istifadə etməklə atmosferə atılan ziyanlı maddələrin həcmini üç dəfə azaltmaq olar", - Piriyev bir müddət bildirib.

Onun sözlərinə görə, zavodun tikintisinin ikinci mərhələsi çərçivəsində 400 min tona yaxın azot gübrələri istehsal etmək planlaşdırılıb ki, bu da gündə 1800 ton gübrə deməkdir. Ölkənin gübrə tələbatı ildə 200-250 min tondur. Gübrələrin qalan hissəsi isə qonşu ölkələrə ixrac ediləcək.

AZMECO şirkəti 2007-ci ildə Azərbaycanda yaradılıb və metanol istehsalı zavodunun tikintisi və istismarı layihəsinin operatorudur.

Avqustun 04-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti