...

Bakıda LUKoyl-un sifarişi ilə üzən neft anbarının tikintisi başa çatır

Energetika Materials 5 Avqust 2009 19:23 (UTC +04:00)
"Rusiyanın LUKoyl neft şirkəti Xəzər dənizində iş üçün "Lanqepas" səviyyəli yeni çoxməqsədli gəmi alıb", - şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir. Gəmi Sinqapurun Bakıdakı Keppel Singmarine tərsanəsində tikilib.

Azərbaycan, Bakı, 05 avqust / Trend /

"Rusiyanın LUKoyl neft şirkəti Xəzər dənizində iş üçün "Lanqepas" səviyyəli yeni çoxməqsədli gəmi alıb", - şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir. Gəmi Sinqapurun Bakıdakı Keppel Singmarine tərsanəsində tikilib.

"Lanqepas" avqustun 6-da Sinqapurdan çıxacaq və sentyabrın 3-4-də Xəzərə, LUKoyl-un dəniz neft-qaz layihələri çərçivəsində növbətçi-xilasedici işlərin aparılması üçün gələcək.

Gəminin uzunluğu 65 metr, eni 15 metr, suya oturma dərəcəsi 4,3 metr, dedveyti 900 ton, sürəti 13 dəniz milidir. Gəmi 20 dərəcə selsi temperaturda və 70 santimetr buz qalınlığında istifadə edilə bilər. Gəmi Kalininqrad limanında qeydiyyatda olacaq.

Hazırda Xəzərdəki Yuri Korçagin adına yatağın tikintisi və qurulması üzrə işlər "LUKoyl-Kalininqradmorneft" MMC-yə məxsus olan "Tsarevski", "Qandurinski", "Svetlı" və "Vzmorye" təminat gəmiləri tərəfindən aparılır. Ən yaxın zamanda onlara "Koqalım" gəmisi də qoşulacaq.

Həmçinin Bakıdakı Keppel Singmarine tərsanəsində LUKoyl-un sifarişi ilə 28 min ton dedveyti olan, Korçagin adına yataqlardan sahil qurğularına neft ötürülməsi üçün dəniz daşıma kompleksinin bir hissəsi olacaq üzən neft anbarının tikintisi də başa çatır.

Korçagin adına ilk Şimali Xəzər yatağının istismara verilməsi 2009-cu ilin dekabrına hesablanıb. Yataq Həştərxandan 180, Mahaçqaladan 240 kilometr uzaqlıqda yerləşir. Yataq rayonunda dəniz dibinin dərinliyi 11-13 metr təşkil edir. Yatağın 3P kateqoriyası üzrə ehtiyatları 570 milyon barel həcmindədir. Neft və qaz hasilatının maksimal səviyyəsi ildə 2,3 milyon ton neft və 1,2 milyard kubmetr qazdır.

Xəbər lenti

Xəbər lenti