...

"Azərbaycan" İES elektrik enerjisinin hasilatını artırıb

Energetika Materials 12 Avqust 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend /

İyulda Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) proqnozlaşdırılan 460,5 milyona qarşı 481 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu barədə çərşənbə günü "Azərenerji" SC-dən yayılan məlumatda deyilir. Bu stansiya Qafqazda ən iri İES-dir.

Səkkiz enerji blokundan ibarət stansiyanın payına Azərbaycanda istehsal olunan elektrik enerjisinin 45 faizi düşür.

Hazırda stansiyanın üçüncü enerji blokunda yenidənqurma işləri aparılır.

İES-in müasirləşdirilməsi çərçivəsində üçüncü və altıncı enerji bloklarının yenidən qurulması, beşinci enerji blokunda orta səviyyəli təmir, qalan enerji bloklarında isə cari təmir planlaşdırılıb.

İES-in enerji bloklarının müasirləşdirilməsi prosesinin 2010-cu ilin sonunadək tam başa çatdırılması planlaşdırlır. Yenidənqurma nəticəsində İES-in gücü hazırkı 2400 meqavat da daxil olmaqla, 3000 meqavatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti