...

Sabah Yasamal rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 13 Avqust 2009 19:11 (UTC +04:00)
"Bakı Dairəvi Avtomobil Yolu kommunikasiyalarının köçürülməsi ilə əlaqədar olaraq, avqust ayının 14-də səhər saat 09.00-dan etibarən “Qanlı Göl” qazpaylayıcı stansiyasından qazın təchizatı müvəqqəti dayandırılacaq", - ARDNŞ-nin məlumatında deyilir.
Sabah Yasamal rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 13 avqust / Trend /

"Bakı Dairəvi Avtomobil Yolu kommunikasiyalarının köçürülməsi ilə əlaqədar olaraq, avqust ayının 14-də səhər saat 09.00-dan etibarən "Qanlı Göl" qazpaylayıcı stansiyasından qazın təchizatı müvəqqəti dayandırılacaq", - ARDNŞ-nin məlumatında deyilir.

İş görülən müddətdə Yasamal rayonunun Yeni Yasamal-1, Yeni Yasamal-2 massivlərində, eləcə də 2-ci Alatava qəsəbəsinin bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.

İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək. İşlərin bitmə vaxtı göstərilməyib.

Xəbər lenti

Xəbər lenti