...

ABŞ bankı dünyanın neft tələbatının azalacağını proqnozlaşdırır

Energetika Materials 21 Avqust 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir A.Bədəlova /

Dünyadakı iri banklardan biri ABŞ-ın JPMorgan bankı 2009-cu ildə dünyanın neftə olan tələbatının sutkada 1,9 milyon barel azalaraq 84,4 milyon barelə enəcəyini proqnozlaşdırır.

Bu il neftə olan tələbatın ümumi həcmindən sutkada 45,6 milyon barel İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrin, sutkada 38,7 milyon barel isə təşkilata daxil olmayan ölkələrin payına düşəcək.

Bu ilin dördüncü rübündə neftə olan dünya tələbatı, analitiklərin proqnozuna görə, sutkada 85,1 milyon barelə çatacaq.

Tələbatın artımı dünya iqtisadiyyatının bərpası ilə şərtlənəcək. ABŞ bankının proqnozuna görə, dünya iqtisadiyyatı 2009-cu ildə 2,6 faiz azalacaq, 2010-cu ildə isə 3,3 faiz artacaq.

ABŞ bankının analitikləri 2010-cu ildə dünyanın neftə olan tələbatının 1,3 milyon barel artaraq sutkada 85,7 milyon barelə çatacağını proqnozlaşdırırlar.

İƏİT ölkələri gələn il sutkada 45,7 milyon barel sərf edəcəklər. Təşkilata daxil olmayan ölkələrin tələbatı, proqnoza görə, gələn il 1,3 milyon barel artaraq sutkada 40 milyon barelə çatacaq.

ABŞ bankı 2009-cu ildə ümumdünya neft tədarükü həcminin 2,1 milyon barel azalaraq sutkada 84,3 milyon barelə çatacağını proqnozlaşdırır. Bankın analitikləri 2010-cu ildə neft tədarükünün 1,2 milyon barel artaraq sutkada 85,5 milyon barelə çatacağını proqnozlaşdırır.

Bankın analitiklərinin proqnozuna görə, OPEK 2009 və 2010-cu illərdə sutkada 28,5 milyon barel neft tədarük edəcək.

Kartelə daxil olmayan ölkələr 2009-cu ildə sutkada 48,9 milyon barel neft tədarük edəcəklər. 2010-cu ildə bu ölkələrin tədarük həcmi sutkada 49,5 milyon barel olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti