Azərbaycan, Bakı, 25 avqust / Trend /
Rusiyanın LUKOYL şirkəti Xəzər dənizinin Rusiya sektorunda Yuri Korçaqin yatağında qazma, hazırlama və neft və qaz daşınması üçün dəniz platformasının quraşdırılmasını başa çatdırıb. Bu barədə şirkətin rəsmi saytında verilən məlumatda deyilir.
Obyektin azimut üzrə yerdəyişməsi +0,2 dərəcə, horizontal yerdəyişməsi +0,2 metr, yana yerdəyişməsi isə 0 dərəcə təşkil edib. Təxminən 25 min tonluq dəniz konstruksiyası üçün belə dəqiq qurulma səviyyəsi çox yüksəkdir.
Yataqda həmçinin iki dəniz buzadavamlı stasionar platformanı bir kompleksdə birləşdirən, 74,2 metr uzunluğunda körpü quraşdırılıb.
Bir müddət əvvəl yaşayış, ictimai və tibbi binalar, eləcə də vertolyot meydançası və xilasedici vasitələrlə ilk dəniz platforması qurulub.
Yuri Korçaqin adına yatağın istismara başlaması 2009-cu ilin dekabrına planlaşdırlıb. Yataq Həştərxandan 180 km, Mahaçqalad 240 km məsafədə yerləşir. Yataq rayonunda dənizin dərinliyi 11-13 metr təşkil edir. Yatağın ehtiyatı neft ekvivalenti ilə 570 milyon barel həcmində qiymətləndirilir. Neft və qaz kondensatının maksimal səviyyəsi müvafiq olaraq ildə 2,3 milyon ton və 1,2 milyard kubmetrdir.
Bir müddət əvvəl ARDNŞ-in bildirdiyi kimi, platformanın qurulması prosesində ARDNŞ-in təkibinə daxil olan Xəzər Dəniz Neft Donanmasının "Azərbaycan" kran gəmisi də iştirak edib.