...

Azərbaycanda yeni neft terminalında dəmiryol işləri başa çatıb

Energetika Materials 27 Avqust 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend /

Qaradağ-Sənqəçal neft terminalının inşası çərçivəsində bütün dəmiryol işləri artıq başa çatıb. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bu işlər yeni terminal tikintisinin birinci mərhələsi çərçivəsində görülüb.

Layihənin birinci mərhələsinin realizəsinə 40 milyon dollar xərcləmək planlaşdırılıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 135 milyon dollar sərf etmək nəzərdə tutulur.

Layihənin əsas operatoru kimi "Azərsun Holdinq" qrupuna daxil olan "Qafqaztransservis" şirkəti çıxış edir. Qaradağ terminalı məhdud, lakin böyük həcmdə məhsul növlərinin (kondensat və netf) qəbuluna hesablanacaq.

Bu terminal vasitəsilə "Kaşaqan" yatağından neft xammalının qəbulu nəzərdə tutulur. Bu xammal Qara dəniz sahillərindəki terminallara və "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə Ceyhan limanına nəql ediləcək.

Terminalın inşasının birinci mərhələsi 18-20 ay ərzində başa çatdırılıb. İkinci mərhələnin başa çatdırılması daşınmanın həcmindən asılıdır. Birinci mərhələdə terminalın yükləmə gücü ildə 12 milyon ton neft, ikinci mərhələdə isə ildə 20 milyon ton planlaşdırılır.

2009-cu ildə Qaradağ-Sənqəçal terminalının müəyyən obyektlərinin inşası başa çatdırılacaq. Terminalın saxlama gücü 200 min kubmetrdir. Onun 600 min kubmetrədək genişləndirilməsi gözlənilir. Layihənin ikinci və üçüncü mərhələlərinin realizəsi zamanı, 2011-ci ildən sonra Qaradağ-Sənqəçalın yükləmə gücü ildə 45 milyon tona çatacaq. Layihənin realizəsi üzrə ikinci mərhələnin 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

"Azərsun Holdinq" MMC 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sferaları çayın, bitki yağlarının emalı və qablaşdırılması, ticarət və distribütorluq, inşaat, bank işləri, sığorta, karton-kağız istehsalı, ət və tərəvəz konservləri, yüklərin daşınması, saxlanması və s.-dir.

Xəbər lenti

Xəbər lenti