...

Azərbaycanda qaz istehlakı azalıb

Energetika Materials 2 Sentyabr 2009 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir E.İsmayılov /

Sentyabrın 2-nə olan göstəricilərə əsasən, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın qaz sisteminə avqustun 21-nə olan göstəricilərə nisbətdə sutkada təxminən 24-25 milyon kubmetr qaz ötürüb, cümə günü ARDNŞ-dəki mənbədən bildirilib.

"Hazırda ölkənin qaz sisteminə təxminən 24-25 milyon kubmetr qaz verilir", - mənbə bildirib. Payız-qış dövründə sistemə bu həcmdə qaz və əlavə olaraq qaz anbarlarındakı qazdan verilir.

Mənbənin bildirdiyi kimi, sutkada qaz sisteminə daxil olan yanacağın ümumi həcmindən təxminən yeddi milyon kubmetri ilin soyuq dövründə istifadə edilməsi üçün Azərbaycanın yeraltı qaz anbarına doldurulur.

Azərbaycanda cəmi iki yeraltı qaz anbarı mövcuddur. Bunlardan biri aktiv həcmi 500 milyon kubmetr təşkil edən Qaradağ, digəri isə aktiv həcmi 1,1-1,2 milyard kubmetr təşkil edən Kalmaz yeraltı qaz anbarıdır.

Bu il 2009-2010-cu illərin payız-qış dövründə istifadə olunması üçün Azərbaycanın yeraltı qaz anbarlarına 1,8 - 1,9 milyard kubmetr qaz doldurulub. Ötən mövsümdə bu göstərici 1,4 milyard təşkil edib. ARDNŞ-in başçısı Rövnəq Abdullayev bildirib.

Hazırda ARDNŞ hər iki qaz anbarının həcminin artırılması üzrə işlər həyata keçirir. Qaradağ qaz anbarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində həcmin 1,4 milyard kubmetrə kimi artırılması planlaşdırılır, ikinci mərhələ çərçivəsində isə bu göstərici 2,3 milyard kubmetrə çatdırılacaq.

Abdullayevin fikrincə, yaxın zamanda Azərbaycanın yeraltı qaz anbarlarına təxminən üç milyard kubmetr qaz doldurmaq mümkün olacaq, üçüncü perspektivli mərhələdə isə bu rəqəmi beş milyard kibmetrə kimi çatdırmaq mümkün olacaq. Bu, Azərbaycanın daxili bazarını qaz ilə təmin etməyə və ölkənin ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti