...

İranın "Cənub Pars" qaz yatağının 12 fazasının inkişafına Venesuela 760 milyon dollar yatıracaq

Energetika Materials 7 Sentyabr 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend /

"Venesuela İranın "Cənub Pars" qaz yatağının 12 fazasına sərmayə yatıracaq və bu fazaların inkişafında onun payı 10 faiz təşkil edəcək. Bu barədə sənəd "Petro Pars" şirkəti ilə Venesuela Prezidenti Uqo Çavesin İrana səfəri zamanı imzalanıb", - İranın "Petro Pars" şirkətinin direktoru Qulamrza Mənüçöhri bildirib.

Hazırda "Cənub Pars" qaz yatağı layihəsinin 12 fazasının inkişafı üçün nəzərdə tutulan investisiyanın 60 faizi "NIKO" şirkətinə, 20 faizi isə Afrika şirkətinə məxsusdur.

Layihənin həyata keçirilməsi məqsədi ilə "Petro Pars" lazımi sənədləri Venesuelanın "PDVSA" neft şirkətinə təqdim edəcək.

İranın "Cənub Pars" qaz yatağının 12 fazasının inkişafı üçün nəzərdə tutulan 20 faiz investisiya ilə əlaqədar olaraq Avstriyanın "OMV", İtalyanın "Edison", Hindistanın "NGS", son zamanlar isə Çin şirkətlərinin biri ilə danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti