...

ARDNŞ Avropanın enerji bazarının öyrənilməsini davam etdirir

Energetika Materials 10 Sentyabr 2009 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Avropa bazarının marketinq tətqiqi və Avropanın enerji layihələrində iştirak imkanları üzrə danışıqları davam etdirir. Bu barədə cümə axşamı ARDNŞ-nin Avstriya nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirilib.

"Bazarın öyrənilməsi və respublikanın bu və ya digər layihələrdə iştirak imkanları üzrə danışıqlar hər zaman aparılır", - Cavadov bildirib.

Cavadovun dediyi kimi, hazırda qlobal maliyyə böhranı ilə əlaqədar olaraq hazırkı durum il və ya il yarım bundan öncəki vəziyyətdən xeyli fərqlənir və belə şəraitdə daha ehtiyatlı olmaq lazımdır. "Buna görə də biz daha ehtiyatlı, lakin son dərəcə dəqiq danışıqlar aparırıq. Öyrənmə prosesi hər zaman davam edir", - o deyib.

"Belə ki, hələlik bizim hər hansı konkret qlobal irəliləyişimiz yoxdur. Ümumiyyətlə hər hansı bir məsələ barədə danışmaq tezdir", - Cavadov bildirib.

Cavadovun sözlərinə görə, nümayəndəlik həmçinin "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənməsi layihəsi) imzalanmasının 15 illiyi, həmçinin sentyabrın 14-16-da Bakıda keçiriləcək böyük qaz konfransı Gas Infrastructure World Caspian 2009 ilə əlaqədar Avropa KİV-in təşviqatı ilə fəal şəkildə məşğuldur. "Biz öz tərəfimizdən ölkə üçün vacib olan bu tarixin geniş surətdə işıqlandırılması üzrə sözügedən hadisələr barədə Avropa KİV-nə məlumat veririk", - Cavadov bildirib.

Cavadovun da qeyd etdiyi kimi, Bakıda konfransın keçirilməsi zamanı konfransda iştirak üçün dəvət olunan böyük şirkətlərlə bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti