...

Palmali Şirkətlər Qrupu donamasını Türkiyə istehsalı olan yeni tankerlərlə artırır

Energetika Materials 14 Sentyabr 2009 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend /

Palmali Şirkətlər Qrupunun "IMO2" tipli Tuzla (Türkiyə) gəmiqayırma zavodunda istehsal edilən "Borçalı" tankeri suya buraxılıb, bu barədə şirkətdən bildirilib.

Tanker sınaq məqsədilə suya buraxılıb.

Tankerin həcmi və yükqaldırma qabiliyyəti 14 min ton, uzunluğu 142,98 metr, eni isə 21,7 metr təşkil edir.

Zavodda qurulan digər üç tanker "Şuşa", "Xankəndi" və "Xocalı" cari ildə istismara veriləcək. Onların hər birinin dedveyti 14 min ton təşkil edir. "Borçalı" tankerindən sonra "Şuşa" tankeri istismara veriləcək.

İyulun 7-də "Palmali" "IMO2" tipli iki tanker alıb. Qlobal maliyyə böhranına baxmayaraq, şirkət donanmasını tutumu 14 min ton təşkil edən daha iki tankerlə artırıb. Onların hər ikisi Türkiyənin "Çelik Tekne" gəmiqayırma zavodunda qurulub. Bu tankerlərin istismara verilməsi bu ilə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti