...

Türkmənistan Türkiyə, İran, Əfqanıstan və Tacikistana elektrik enerjisi ixracını artırır

Energetika Materials 15 Sentyabr 2009 10:39 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 15 sentyabr / Trend , müxbir H.Həsənov /

Türkmənistan Türkiyə, İran, Əfqanıstan və Tacikistana elektrik enerjisi ixracını artırır. 2009-cu ilin səkkiz ayı ərzində xaricə 1,8 milyard kilovat saat elektrik enerjisi ixrac edilib ki, bu da 2008-ci ilin analoji dövründəki göstəricidən 24,7 faiz çoxdur. Bu barədə "Türkmənenerqo" Dövlət Elektrik Enerji Korporasiyası xəbər verir.

Türkmənistanın 2020-ci ilə kimi iqtisadi inkişaf strategiyasına əsasən, ölkədə elektrik enerjisi istehsalı ildə 26,38 milyard kilovat saata çatacaq, onun ixracı isə ildə 6 milyarddan çox təşkil edəcək.

2009-cu ilin səkkiz ayı ərzində elektrik enerjisinin istehsalı 10 milyard 489,7 milyona çatıb ki, bu da 2008-ci ildəki göstəricidən 5,4 faiz çoxdur. Bu zaman əhaliyə pulsuz 1,4 milyard kilovat saat elektrik enerjisi tədarük edilib.

2009-cu ilin səkkiz ayının nəticələrinə əsasən , məhsul istehsalı, görülən işlər və xidmətlərin dəyəri 312,6 milyon manat təşkil edib. Bu dövrdə 2008-ci ilin analoji dövrü ilə müqayisədə artım tempi 153,5 faiz təşkil edib.

"Türkmənenerqo"nun tərkibində səkkiz elektrik stansiyası işləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti