...

"Şah Dəniz" yatağında hasilat dayandırılıb

Energetika Materials 16 Sentyabr 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.İsmayılov /

"Şah Dəniz" yatağında hasilat planlaşdırılmış profilaktik işlərə görə dayandırılıb. Lakin bu ayın 20-dən hasilat bərpa ediləcək, çərşənbə günü ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi deyib. Hasilatla yanaşı, Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) qaz tədarükü də dayandırılıb.

Onun sözlərinə görə, hasilatın dayandırılmnasına qədər yataqda 4 quyu olub. Bir quyu qeyri-işlək vəziyyətdədir və təmirə ehtiyacı var. Bu quyu əvvəldən problemli olduğu üçün onun konservləşdirilməsi də istisna edilmir, şirkətin nümayəndəsi deyib.

ARDNŞ nümayəndəsinin qeyd etdiyi kimi, " Şah Dəniz" yatağında bu ilə proqnazlaşdırılmış hasilat 7,2 milyard kubmetr qaz təşkil edir. Əvvəllər BP şirkəti (layihənin operatoru) 7,7 milyard kubmetr səviyyəsində hasilat proqnozlaşdırıb. ARDNŞ nümayəndəsinin sözlərinə görə, ən yüksək hasilat (8,6-9 milyard kubmetr qaz) gələn il əldə olunacaq.

Platformanın dayandırılmasına qədər yataqda sutkalıq hasilat 14-15 milyon kubmetr qaz təşkil edib. Qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql edilib. Yay ərzində Azərbaycan "Şah Dəniz" yatağından qaz əldə etməyib.

"Şah Dəniz" dəniz yatağının işlənməsi müqaviləsi 4 iyun 1996-cı ildə imzalanıb. Razılaşmanın iştirakçıları : BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NİCO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ-10 faiz şirkətləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti