...

Azərbaycanın iri qaz-kondensat yatağında hasilat bərpa olunub

Energetika Materials 28 Sentyabr 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında bir müddət əvvəl planlı proflaktik işlərinin aparılması səbəbindən dayandırılmış hasilat tamamilə bərpa olunub. Bu barədə bazar ertəsi hökumətdən bildirilib. Həmçinin Cənubi Qafqaz ("Bakı-Tiflis-Ərzurum") kəməri ilə də qaz nəqli bərpa edilib.

Planlı işlər çərçivəsində hasilat platformasında lazımi avadanlıqlar quraşdırılıb.

Dayandırılmaya qədər yataqda hasilat dörd quyudan həyata keçirilib.

Bu ilə "Şahdəniz"də qaz hasilatı üzrə proqnoz 7,2 milyard kubmetrdir. Halbuki, bir müddət əvvəl BP şirkəti (layihənin operatoru) hasilatı 7,7 milyard kubmetr səviyyəsində proqnozlaşdırmışdı. Yataqda ən yüksək hasilat (8,6 - 9 milyard kubmetr) gələn il olacaq.

Platformaların dayandırılmasına qədər yataqda sutkalıq hasilat 14-15 milyon kubmetr təşkil edirdi. Qaz Cənubi Qafqaz qaz kəməri ilə Türkiyə və Gürcüstana nəql edilirdi. Azərbaycan yay ərzində "Şahdəniz" yatağından qaz əldə etməyib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti