...

ABŞ Azərbaycan neftinin idxalını artırıb

Energetika Materials 2 Oktyabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir E.İsmayılov/

ABŞ dövlət enerji rəhbərliyindən verilən məlumata əsasən, ölkə bu ilin yanvar-iyul aylarında 2008-ci ilin analoji döründəki 12,2 milyon barel neftlə müqayisədə Azərbaycandan 12,3 milyon bareldən çox neft idxal edib.

Yanvarda ABŞ Azərbaycandan 2,1 miyon barel neft idxal edib. Fevralda ABŞ-a Azərbaycan nefti idxal olunmayıb. Martda bu göstərici 2,5 milyon barel, apreldə isə 3,1 milyon bareldən artıq olub. Mayda Azərbaycan neftinin idxalı 630 min barel, iyunda isə 3 milyon barel təşkil edib. İyulda Azərbaycan neftinin idxalı 1 milyon barel olub.

2007-ci ilin anoloji göstəricisi olan 20,6 miyon barelə nisbətdə 2008-ci ildə ABŞ Azərbaycandan 26,8 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel olub.

Azərbaycan neftinin nəql olunduğu əsas marşrut "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti həmçinin Supsa limanına da ixrac olunur.

Eyni zamanda, neftin ixracı Batumi və Novorossiysk limanlarından da həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti