...

Azərbaycan neftinin Ukraynaya tədarükü uzunmüddətli müqavilələr olmadan həyata keçirilir - ARDNŞ

Energetika Materials 14 Noyabr 2009 16:28 (UTC +04:00)
ARDNŞ-ın öz neftinin Ukraynadakı Kremençuq Neft Emalı Zavoduna tədarükünə dair uzunmüddətli müqaviləsi yoxdur, şənbə günü ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi deyib.
Azərbaycan neftinin Ukraynaya tədarükü uzunmüddətli müqavilələr olmadan həyata keçirilir - ARDNŞ

Azərbaycan, Bakı, 14 noyabr/ Trend /

ARDNŞ-ın öz neftinin Ukraynadakı Kremençuq Neft Emalı Zavoduna tədarükünə dair uzunmüddətli müqaviləsi yoxdur, şənbə günü ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi deyib.

"Azərbaycan qazının Ukraynadakı Kremençuq NEZ-na tədarükü ticari əsaslarla həyata keçirilir. Şirkət bu müəssisə ilə uzunmüddətli müqaviləyə sahib deyil", - ARDNŞ nümayəndəsi deyib.

Zavoda neft tədarükü müəssisə tərəfindən neftin adi alışı sxemi üzrə həyata keçirilir.

Ukraynanın KİV-nin yazdığına görə, "Ukrtatnafta" QSC-nin idarə heyətinin sədri Pavel Ovçarenko deyib ki, ARDNŞ hər ay 600-700 min ton neft tədarük etməyə hazırdır. O, həmçinin qeyd edib ki, Rusiya Azərbaycan şirkətini Rusiya bazarlarından sıxışdırıb çıxarır.

ARDNŞ nümayəndəsi isə qeyd edib ki, şirkət öz məhsulunu satışı ilə bağlı heç kimlə, xüsususilə də Rusiya ilə heç bir problem yaşamır.

Xəbər lenti

Xəbər lenti