...

Malayziyanın Petronas Charigali şirkəti Türkmənistan neftini Xəzər dənizi üzərindən ixrac edir

Energetika Materials 19 Noyabr 2009 16:18 (UTC +04:00)
2006-cı ildən etibarən "Çeleken" yatağının müqavilə ərazisinin təcrübə-sənaye istismarı çərçivəsində Malayziyanın Petronas şirkəti müntəzəm sürətdə neft hasilatının səviyyəsini artırır.
Malayziyanın Petronas Charigali şirkəti Türkmənistan neftini Xəzər dənizi üzərindən ixrac edir

Türkmənistan, Aşqabad, 19 noyabr / Trend , müxbir H.Həsənov/

2006-cı ildən etibarən "Çeleken" yatağının müqavilə ərazisinin təcrübə-sənaye istismarı çərçivəsində Malayziyanın Petronas şirkəti müntəzəm sürətdə neft hasilatının səviyyəsini artırır.

"Məhsul bölümü haqqında müqavilənin şərtlərinə müvafiq olaraq, şirkət öz "qara qızıl" payını Xəzər dənizi üzərindən dünya bazarlarına ixrac edir", - bu barədə cümə axşamı Petronas Charigali şirkətinin baş direktoru Ridza Şərif "Neytral Türkmənistan" qəzetinə müsahibəsində bildirib.

"Şirkətimiz 1996-cı ildə Türkmənistan hökuməti ilə imzalanmış məhsul bölümü haqqında müqavilə əsasında Xəzər dənizinin Türkmənistan sektorunda "Blok-1" dəniz yatağının işlənməsi ilə məşğuldur", - o deyib.

Bu vaxt ərzində yatağın quraşdırılması üzrə mühüm işlər görülüb, karbohidrogen xammalı hasilatını, onun yüksək texniki emalı və nəqlini təmin edən müasir infrastruktur yaradılıb.

Hazırda çox böyük təbii qaz ehtiyatı olan yataqlar blokunda sənaye hasilatına başlanması üçün güclü hazırlıq işləri aparılır ki, bu da "mavi yanacağın" uzunmüddətli tədarükünə zəmanət verməyə imkan verir.

Şirkət 2010-cu ilin ikinci yarısından qaz hasilatına başlamağı planlaşdırır. Birinci mərhələdə hasilat həcmi ildə 5 milyard kubmetr qaz olacaq, perspektivdə isə 2 dəfə artacaq.

Şirkət ölkənin neft-qaz komleksi üçün peşəkar kadrlar hazırlayır. Hazırda yüzdən artıq türkmən tələbə Petronas şirkətinin vəsaitləri hesabına Texnoloji Universitetdə təhsil alır.

"Biz artıq Türkmənistanla təqribən 14 ildir əməkdaşlıq edirik. Mən tərəfdaşlığımızı tam səmərəli hesab edirəm. Burada Türkmənistanda son illərdə xarici şirkətlər üçün yaradılmış investisiya mühiti də böyük rol oynayır", - Şərif deyib.

Xəbər lenti

Xəbər lenti