...

Bakının Nəsimi rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 3 Dekabr 2009 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend /

Nəsimi rayonu, Məhərrəmov küçəsində yerləşən qazanxanaya çəkilmiş 108 mm-lik qaz kəmərinin orta təzyiqli yeraltı qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında məhdudiyyətlər müşahidə ediləcək. Bu barədə ARDNŞ-nin mnəlumatında deyilir.

Qaz təchizatındakı məhdudiyyətlər Mustafayev, 20 yanvar və Məhərrəmov küçələrində saat 10:00-dan 12:00-dək müşahidə ediləcək.

Xəbər lenti

Xəbər lenti