...

Aşqabadda elektrik enerjisinin inkişafı üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Energetika Materials 7 Dekabr 2009 13:08 (UTC +04:00)
Aşqabadın Sərgi Mərkəzində "Türkmənistanın enerji sənayesinin inkişafının əsas istiqamətləri" mövzusunda keçirilən elmi konfrans və beynəlxalq sərgi öz işinə başlayıb.
Aşqabadda elektrik enerjisinin inkişafı üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Türkmənistan, Aşqabad, 07 dekabr /Trend Neüs, müxbir H.Həsənov/

Aşqabadda elektrik enerjisinin inkişafı üzrə beynəlxalq konfrans açılıb. Aşqabadın Sərgi mərkəzində "Türkmənistanın enerji sənayesinin inkişafının əsas istiqamətləri" mövzusunda keçirilən elmi konfrans və beynəlxalq sərgi öz işinə başlayıb.

Dekabrın 9-dək davam edən forum zamanı işgüzar danışıqlar olacaq. Təşkilatçılar - Türkmənistanın Sənaye və Enerji Nazirliyi, Türkmənistanın Elmlər Akademiyası və Türkmənistanın Sənate-Ticarət Palatasıdır.

Tədbirdə dünyanın 18 dövlətindən olan nümayəndələr, o cümlədən Avstriya, Belçika, AFR, Fransa, ABŞ, Türkiyə, Yaponiya, RF, QR və başqa ölkələrin nümayəndələri iştirak edəcəklər.

Sərgidə Türkmənistanın Dövlət Konserni, həmçinin Yaponiyanın İtochu şirkəti, Amerikanın General Electric, Almaniyanın Bosch, Zeppelin, Türkiyənin Beko, Chalyk Energy, Polimeks, İsveçrənin ABB, Belçikanın ENEX, Finlandiyanın Wartsila və s. şirkətlər iştirak edir.

Hal-hazırda ölkənin enerji siyasətinin əsasında enerji resusrlarının ən optimal istiqamətlərdə dünya bazarlarına tədarükünün artırılması prinsipi durur", - Prezident Qurbanqulu Berdımuhammedovun iştirakçılara müraciətində deyilir.

Türkmənistan İran, Türkiyə və Əfqanıstana elektrik enerjisi satır.

Ölkədə Marı şəhərində iri dövlət elektrik stansiyasının modernləşdirilməsi, Aşqabad, Abadan, Balkanabat və Daşoğuzda qaz-turbin elektrik stansiyalarının inşası üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti